Şuşa baharı ağ libasda qarşılayır - FOTOLAR
Şuşa şəhəri baharı ağ örpəyə bürünərək qarşılayır. Yağan qar şəhərin gözəlliyinə xüsusi çalar qatıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, hazırda Şuşada qarın hündürlüyü 1 metrdən yuxarıdır. Havanın temperaturu mənfi 5 dərəcədən aşağı düşüb.
Şuşa şəhərindən ən son görüntüləri təqdim edirik.
Fotolar Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat xidməti tərəfindən təqdim olunur.