Dünyaşöhrətli fotoqraf Reza Deqati Şuşa qalası önündə bayram sevincini bölüşüb - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Novruz bayramını Şuşada qeyd edən dünyaşöhrətli fotoqraf Reza Deqati bu unudulmaz günün sevincini paylaşıb və arzularını dilə gətirib.

Videoda onu Şuşa qalası önündə qarlı bir havada, rəmzi “Xarıbülbül” önündə dayandığını görürük. O, öz sevincini bu sözlərlə ifadə edir:

Otuz il idi ki, mən Novruz bayramını azad Şuşada keçirməyi arzulayırdım. Şuşa azad oldu. Arzum budur ki, sizin ömrünüz, günləriniz, illəriniz bu qar kimi ağ olsun. Bütün arzularınıza çatasınız.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: