Təlim-tədris müəssisələri dezinfeksiya olunub - FOTOLAR

A- A A+

Muxtar respublikada infeksion xəstəliklərə qarşı tibbi profilaktik tədbirlər intensiv xarakter alıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu dəfə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən təlim-tədris müəssisələri dezinfeksiyaya cəlb olunub.

Naxçıvanda mütəmadi aparılan genişmiqyaslı dezinfeksiya işləri sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlamağa imkan verir. 10 gündən artıq aparılan dezinfeksiya işləri təlim-tədris müəssisələrində davam etdirilir.

Bu gün dərmanlama tədbirləri Naxçıvan Dövlət Universitetinin tədris korpuslarının ətraflarını, girişlərini, daha çox istifadə olunan yerləri, uşaq bağçalarının daxili və həyətini, tam orta məktəblərin sinif otaqlarını, fənn kabinələrini, laboratoriyaları, idman zallarını, ətrafları və digər əraziləri əhatə edib.

Profilaktik tədbirlər Naxçıvan şəhərində fəaliyyət göstərən banklarda da icra edilib.

Muxtar respublikanın rayonlarındakı təlim-tədris müəssisələrində də tibbi-profilaktik tədbirlər aparılıb. Səhər saatlarından qrafikə uyğun olaraq rayonlarındakı tam orta, uşaq musiqi, şahmat məktəbləri, uşaq bağçaları da xüsusi məhlullarla dərmanlanıb.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: