Naxçıvanda təlim-tədris müəssisələri dezinfekisya olunub - FOTOLAR

A- A A+

Muxtar respublikanın təlim-tədris müəssisələrində də yoluxucu xəstəliklər, virus infeksiyalarına qarşı tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün də Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən təlim-tədris müəssisələri dezinfeksiyaya cəlb olunub.

Tərtib edilən qrafik əsasında martın 22-dən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzi və Dövlət Baytarlıq Xidməti tərəfindən Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarındakı tam orta, uşaq musiqi, şahmat, texniki peşə və sürücülük məktəbləri, uşaq bağçaları xüsusi məhlullarla dezinfeksiya olunur.

Bu gün Heydər Əliyev adına Hərbi Liseydə aparılan tibbi-profilaktik və dərmanlama işləri liseyin qərargah binasını, yataqxana, tədris korpusunu, yeməkxana və digər əraziləri, həmçinin Naxçıvan Müəllimlər İnstitutunu, tam orta məktəblərin daxili, ətrafları, girişləri, daha çox istifadə olunan yerləri, Naxçıvan Beynəlxalq Hava Limanını, uşaq bağçalarında atraksionlar və digər əraziləri əhatə edib.

Muxtar respublikanın rayonlarındakı tam orta, uşaq musiqi, şahmat məktəbləri, uşaq bağçaları da dərmanlanıb.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: