Şərurda yeni meyvə bağı salınıb - FOTOLAR

A- A A+

Yazın gəlişi ilə əlaqədar olaraq muxtar respublikada ağacəkmə aksiyaları keçirilir, bölgələrdə yeni meyvə bağları salınır. Yaşıllaşdırma tədbirləri çərçivəsində Şərur rayonunda da ənənəvi ağacəkmə aksiyası keçirilib.

Keçirilən ekoloji aksiyanın məqsədi yurdumuzun təbiətinin zənginləşdirilməsi, yaşıllaşdırma, ətraf mühitin qorunmasına kömək etmək və ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək olub. Şərur rayon qəbiristanlığının ətraf ərazisində keçirilən yaşıllaşdırma işlərində rayon ictimaiyyəti, idarə, müəssisə və təşkilatların əməkdaşları fəallıqla iştirak ediblər. Qəbiristanlıq ərazisinə 55 həmişəyaşıl ağac əkilib. Həmçinin aksiya çərçivəsində rayon ərazisində 0,1 hektar yeni alma bağı salınıb. Əraziyə 58 calaq üsulu ilə yerli şəraitdə yetiştirilən alma tingi, 9 çinar və 8 həmişəyaşıl ağac əkilib. Həyata keçirilən aksiya zamanı abadlıq işləri də aparılıb, ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.

                                   

                                                                                                                  Leyla Cəfərzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: