Martın 24-də Gürcüstanın cənubunda, Dmanisi rayonunun Yırğançay kəndi yaxınlığında zəlzələ qeydə alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar saat 18:46-da, 3,8 bal gücündə olub.
Qeyd edək ki, martın 23-də saat 21:10-da Dmanisi rayonunun Sameba kəndi yaxınlığında da 4 bal gücündə zəlzələ qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilmir.