Baş Prokurorluq: "Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 135 uşaq ölüb"

A- A A+

Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 135 uşaq ölüb, 180-dən çox uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

NUHÇIXAN İnformasiya Agentliyi UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında deyilir.

Ölən və yaralanan uşaqların sayı baxımından ən çox “zərər çəkmiş” vilayətlər bunlardır: Kiyev - 64, Xarkov - 44, Donetsk - 46, Çerniqov - 34, Nikolayev - 25, Zaporojya - 26, Jitomir - 15, Xerson – 15, Sumi – 14. Kiyev şəhərində isə bu göstərici 16-dır.

Məlumatda o da vurğulanır ki, gündəlik bombardman və top atəşləri nəticəsində 566 təhsil müəssisəsi zərər görüb, onlardan 73-ü tamamilə dağıdılıb. 230-dan çox məktəb, 155 uşaq bağçası zərər görüb və dağıdılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: