Təlim-tədris müəssisələrində dezinfeksiya işləri davam etdirilir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün də Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən təlim-tədris müəssisələrində yoluxucu xəstəliklərə, virus infeksiyalarına qarşı tibbi-profilaktik tədbirlər aparılıb.
Qrafik əsasında "Naxçıvan" Universitetinin tədris korpusları, yataqxanası, idman zalı və digər yerlər, Naxçıvan Regional Peşə Tədris Mərkəzi, tam orta məktəblərin daxili, ətrafları, girişləri, uşaq bağçaları dezinfeksiya olunub.
Muxtar respublikanın rayonlarındakı tam orta, uşaq musiqi, şahmat məktəblərində, uşaq bağçalarında da tibbi-profilaktik tədbirlər icra edilib.
Xatırladaq ki, tibbi-proflaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə martın 22-dən muxtar respublika ərazisində ərazisində yerləşən bütün təlim-tədris müəssisələri dezinfeksiya edilir. Proflaktik tədbirlər, məktəblərlə yanaşı, insanların daha sıx toplaşdığı ərazilərdə də icra olunur.
Röyal Kərimov