Ramazan ayının başlama vaxtı açıqlanıb

A- A A+

Aprelin 2-si Ramazan ayının ilk günüdür.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.

O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Şamaxı Rəsədxanasına sorğu göndərilib.

"Onlar ayların daxilolma təqvimini bizə təqdim ediblər. Təqvimə əsasən aprelin 2-si Ramazan ayı daxil olacaq. Ayın 1-də Ramazan hilalı görünəcək. Hilal görünürsə, sabahı Ramazan ayının 1-dir", - o qeyd edib.

QMİ sədrinin müavini Ramazan bayramının keçirilmə vaxtını da açıqlayıb.

"Ramazan bayramı dövlət səviyyəsində 2 gün qeyd olunur. Rəsədxananın verdiyi təqvimə əsasən mayın 2-3-ü Ramazan bayramıdır", - o bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: