NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən Naxçıvan şəhərindəki "Saat meydanı" turistik istirahət mərkəzində saat 19:00 - da "Yer saatı - 2022" ekoloji aksiya keçiriləcək.
Qeyd edək ki, Ümumdünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə hər il martın son şənbə günü dünyada “Yer saatı” ekoloji aksiyası keçirilir. Aksiya çərçivəsində binaların fasad işıqları söndürülərək iqlim dəyişikliyinə və ekoloji fəsadlara diqqət cəlb edilir.
Azərbaycan “Yer saatı” kampaniyasına rəsmi olaraq 2011-ci il martın 26-da qoşulub və ilk aksiya çərçivəsində Qız Qalasının işıqları söndürülüb.