Təlim-tədris müəssisələrində tibbi-profilaktik tədbirlər aparılıb - FOTOLAR
Muxtar respublikada aparılan genişmiqyaslı dezinfeksiya tədbirləri artıq bir neçə gündür ki, təlim-tədris müəssisələrini də əhatə edir. Bu gün də virus infeksiyalarına qarşı tibbi-profilaktik tədbirlər icra edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzi və Dövlət Baytarlıq Xidməti tərəfindən bu gün də səhər saatlarından etibarən qrafik əsasında muxtar respublikanın rayonlarında fəaliyyət göstərən təlim-tədris müəssisələri tibbi-profilaktik tədbirlərə cəlb olunub.
Tam orta, uşaq musiqi, şahmat məktəblərinin, uşaq bağçalarının və digər təhsil ocaqlarının girişləri, ətrafı, sinif otaqları, fənn kabinələri, laboratoriyalar, idman zalları, daha çox istifadə olunan yerlər dezinfeksiya edilib.
Röyal Kərimov