Sədərəkdə ağacəkmə və abadlıq işləri görülüb - FOTOLAR
Sədərəkdə yaşıllıqların salınması və abadlıq işlərinin aparılması davam etdirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri növbəti yaşıllaşdırma və abadlıq işlərində də fəallıq nümayiş etdiriblər. Heydərabad qəsəbəsində keçirilən ağacəkmə aksiyası çərçivəsində 1,5 hektar ərazidə əkin bərpa işləri aparılıb, əraziyə 430 müxtəlif növ meyvə ağacları əkilib. Aksiya iştirakçıları, həmçinin təmizlik və səliqə-sahman işləri də görüb, ekoloji tarazlığın qorunmasına öz töhfələrini veriblər.
Yaşıllaşdırma və abadlıq işləri Sədərək Rayon Gömrük İdarəsi üçün ayrılmış ərazidə və Sədərək kənd 1 nömrəli tam orta məktəbin həyətində də davam etdirilib.
Leyla Cəfərzadə