Naxçıvanda beynəlxalq “Yer saatı” aksiyası keçirilib - FOTOLAR
İctimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaratdığı təhlükələrə yönəltməkdən və enerjiyə qənaətin təşviq olunmasından ibarət olan “Yer saatı” aksiyası Naxçıvanda da təşkil olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə “Saat meydanı” Turistik-İstirahət Mərkəzində keçirilən aksiyada fəal gənclər, könüllülər və şəhər sakinləri iştirak ediblər.
1 saat ərzində istirahət mərkəzində işıqlar söndürülüb, simvolik olaraq şamlarla “60+” yazısı işıqlandırılıb. Həmçinin gənclər tərəfindən müxtəlif rəqslər və fləş-moblar təqdim olunub.
Qeyd edək ki, Azərbaycanda "Yer saatı" ekoloji aksiyası rəsmi olaraq 2011-ci ildən qeyd edilir.
Leyla Cəfərzadə