Sədərəkdə badam bağlarının ümumi sahəsi 10 hektara çatdırılıb - FOTOLAR

A- A A+

Sədərək rayonunda mütəmadi olaraq həyata keçirilən yaşıllaşdırma aksiyaları bu il də  geniş vüsət alıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, rayonda keçirilən növbəti yaşıllaşdırma aksiyası çərçivəsində Sədərək-Heydərabad avtomobil yolunun kənarında 1,2 hektar sahədə yeni badam bağı salınıb.

Əraziyə dibçəkdə yetişdirilən 750 məhsuldar ting əkilib və aqrotexniki tədbirlər görülüb. Bununla da rayonda badam bağlarının ümumi sahəsi 10 hektara çatdırılıb.

Qeyd edək ki, bu ilin yaz mövsümündə rayonda müxtəlif ərazilərə yüzlərlə həmişəyaşıl, çinar və meyvə tingləri, həmçinin qızılgül kolu əkilib. Qarşıdakı günlərdə də yeni yaşıllıq zolaqlarının, meyvə bağlarının və üzümlüklərin salınması məqsədilə əkin materialı tədarük edilir, sahələr əkinə hazırlanır və digər hazırlıq işləri görülür.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: