Naxçıvan şəhərində 10 minə yaxın ünvan lövhəsi və giriş nömrə nişanları quraşdırılıb.

A- A A+

Muxtar respublikanın yaşayış məntəqələrində nəqliyyat infrastrukturu və daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, eləcə də ünvan reyestrində müvafiq düzəliş və dəqiqləşmə işlərinin aparılması diqqət mərkəzində saxlanılır.  Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən  NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, Naxçıvan şəhərinin prospekt və küçələrində binalara yeni və müasir dizaynlı ünvan lövhələri, giriş nömrə nişanlarının quraşdırılması davam etdirilir. Hazırda şəhərin 54-cü, 56-cı, Xətai və Əlincə məhəllələrində yeni hazırlanmış 2400-dən artıq ünvan lövhəsi və giriş nömrə nişanlarının quraşdırma işləri aparılır.

Layihənin həyata keçirildiyi gündən ümumilikdə şəhərin 1 prospekt, 71 küçə, 30 məhəllə və 1 kəndi olmaqla 103 nəqliyyat infrastrukturu obyektində 10 minə yaxın ünvan lövhəsi və giriş nömrə nişanları quraşdırılıb.

Qeyd edək ki, layihənin həyata keçirilməsi vətəndaşlara və hüquqi şəxslərə ünvan məlumatlarına çevik, vahid və etibarlı çıxış əldə etmək, internet əsaslı elektron xidmətlərdən istifadə, ünvanların asan tapılması, sosial və idarəetmə məsələlərinin həlli zamanı vaxt itkisinin aradan qaldırılmasına imkan verəcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: