Bədəndə virusların olması xəstəliyin tam inkişaf edəcəyi demək deyil.
Yels Universitetinin alimləri müəyyən ediblər ki, tütündən istifadə edənlərin virus xəstəliklərinə yoluxma riski digərlərinə nisbətən daha yüksəkdir. Belə ki, tüstüdə və viruslarda olan toksinlərin birgə təsiri burunda olan müdafiə qatını zədələyir.
NUHÇIXAN MEDdaily saytına istinadla xəbər verir ki, araşdırmalar zamanı bir qrup könüllünün burun boşluğu və ağciyər hüceyrələri analiz edilib. Virus hüceyrələrinin təsiri altına salınaraq müdafiə qatının ilk mərhələsi öyrənilib. Müəyyən edilib ki, hər iki hissənin hüceyrələri virusa təsir edə bilir. Müşahidələr zamanı yalnız virusun deyil, eyni zamanda, tozun və tütünün də hüceyrələrə və orqanizmin müdafiə qatına təsiri öyrənilib.
Bəlli olub ki, bu qoruyucu reaksiyalar eyni anda aktivləşmir. Yəni, sistemin ya biri, ya da digəri hərəkətə keçir. Tədqiqatlar göstərib ki, ümumilikdə hüceyrələr viruslara nisbətən tüstüyə daha həssasdırlar.
Lakin əvvəlcə tütün tüstüsü, sonra virusa məruz qalan hüceyrələrin virus infeksiyaları üzərində təsiri müəyyən dərəcədə zəifləyib.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.