Gənclər Kəngərlidə şəhid ailələrini ziyarət ediblər - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup könüllü gənc Kəngərli rayonunun Qabıllı və Qarabağlar kəndlərində yaşayan şəhid ailələrini ziyarət edib.

Gənclər şəhid əsgər İbrahimov Qurban Namiq oğlu, şəhid leytenant Əliyev İbrahim Mustafa oğlu, şəhid baş leytenant Qasımov Həmid Oruc oğlu və şəhid əsgər Əsgərov Vüqar Rza oğlunun ailə üzvləri ilə görüşərək onların həyatı, keçdiyi döyüş yolu və qəhrəmanlıqları barədə məlumatlandırılıblar.

Gənclər və idman nazirinin müavini, Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov və Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev görüşlər zamanı şücaətli, cəsur, vətənpərvər övlad yetişdirdiklərinə görə şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, Vətən Müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının qəlbində yaşayır və yaşayacaq.

İştirakçılara qəhrəman şəhidlərimizin şərəfli döyüş yolu, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri şəhidlərimizlə  bağlı xatirələrini gənclərlə paylaşıblar.

Sevgili Mustafazadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: