Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib

A- A A+

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Ramazan ayı ilə bağlı paylaşım edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, paylaşımda deyilir:

"İnsanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağıran mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Allah dualarınızı, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, Vətənimizə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: