İctimai Televiziyanın əməkdaşları Naxçıvanda “Çətin missiya” filminin çəkilişlərini aparıb - VİDEO

A- A A+

Ölkənin tanınmış televiziya kanallarından olan İctimai Televiziyanın əməkdaşları “Çətin missiya”  sənədli filminin çəkilişlərini dahi filosof-şair, dramaturq Hüseyn Cavidin doğma vətəni Naxçıvanda davam etdirib. Film Hüseyn Cavidin nəşinin uzaq Sibirdən doğma Vətəninə gətirilməsi, həmin çətin dövrdə bu cəsarətli missiyanın həyata keçirilməsinə işıq tutacaq.

“Çətin missiya” sənədli filminin ilk çəkilişləri Paytaxt Bakı şəhərində, ardınca isə 3 gün ərzində Naxçıvan Muxtar Respublikasında həyata keçirilib.

Naxçıvan televiziyasının əməkdaşları filmin çəkilişləri ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

 

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: