Sədərək rayonunda erkən yazda sahələrin suvarma suyu ilə təminatı üçün kanal və arx şəbəkələrində təmizləmə işləri aparılır. Bu məqsədlə Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin işçiləri Arpaçaydan gələn beton kanalın sağ sahilində 2,7, Heydərabad-Şirarxı kollektorunda 0,6, beton kanallarda və kənddaxili ara arxlarında 2,5 kilometr məsafədə olan kanallarda təmizləmə işləri görüblər. Həmçinin Dəmirçi kəndi ərazisində yerləşən drenaj kanalının 1,9 kilometr hissəsi də təmizlənərək hazır vəziyyətə gətirilib. Görülən işlər hesabına torpaq mülkiyyətçiləri əkin sahələrini vaxtlı-vaxtında suvaracaq, bol məhsul əldə edəcəklər. Bu qayğı isə kəndlini torpağa daha möhkəm tellərlə bağlayır.
“Oğuz yurdu” qəzeti