Dörd fəsildə Naxçıvan: Sevinc Nəcəfovanın - FOTOETÜDLƏRİ - FOTOLAR
Şərur rayon Yengicə kənd sakini Sevinc Nəcəfova Naxcivantv.az saytının elan etdiyi “Dörd fəsildə Naxçıvan” adlı foto-müsabiqəyə təbiət mənzərələri təqdim edib.
O, Şərur rayon Yengicə kəndindən və Batabatdan çəkdiyi fotoları müsabiqəyə göndərib.
Qeyd edək ki, naxcivantv.az saytı fevralın 1-dən 2018-ci ilin dekabr ayınadək “Dörd fəsildə Naxçıvan” adlı foto-müsabiqə elan edib. Müsabiqənin məqsədi qədim Naxçıvanın mədəniyyətini, tarixi abidələrini, turizm imkanlarını, təbiət mənzərələrini, müasir inkişafını, adət-ənənələrini, insanların gündəlik həyatını təbliğ və tərənnüm etməkdir.
Siz də fotomüsabiqədə iştirak etmək istəyirsinizsə, müsabiqə barədə bu linkdən öyrənə bilərsiniz. https://goo.gl/aDSY77