Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə məlumatı açıqlayıb.
ANAMA-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, martın 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 68, tank əleyhinə 97 mina və 298 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ay ərzində 306,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
2020-ci il noyabrın 10-dan bu il martın 31-dək isə piyada əleyhinə 10 min 668, tank əleyhinə 4962 mina və 14 min 347 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Bu müddət ərzində 7866,5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.