Ordubad rayonunda xalçaçılıq təlimi keçirilib - FOTOLAR

A- A A+

Muxtar respublikanın rayonlarında xalçaçılıq təlimlərinin keçirilməsi davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq muxtar respublikanın bölgələrində kurslar təşkil olunur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər ki, Ordubad rayonunda keçirilən növbəti  təlimdə 11 sağlamlıq imkanları məhdud, 3 xüsusi qayğıya ehtiyacı olan ailənin qadın üzvü və Ordubad Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 5 dərnək rəhbəri olmaqla, cəmi 19 qadın iştirak edib. Təlimdə iştirak edən qadınlara Naxçıvan xalçaçılıq məktəbi, o cümlədən digər bölgələrimizin ənənələrinə uyğun xalça naxışları və toxuculuq öyrədilib.

Qeyd edək ki, xalçaçılıq təlimləri “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq qadınlar arasında, xüsusən də evdar və sosial qayğıya ehtiyacı olan qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində  həyata keçirilən sosial layihələrin davamıdır.  Bütün bunlar muxtar respublikada qədim xalçaçılıq ənənələrinin yaşadılması ilə yanaşı, qadınların özünüməşğulluqlarının da təmin edilməsinə zəmin yaradır.

                                                                                                Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: