Kəngərlidə torpaqlardan qanunsuz istifadə hallarının qarşısı alınıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Kəngərli rayonunun Qıvraq qəsəbəsində aparılan monitorinq zamanı qəsəbədə 98 fiziki şəxs tərəfindən bələdiyyə mülkiyyətinə aid 7 hektara yaxın torpaq sahəsinin zəbt olunması faktı aşkar olunub. Qəsəbə sakinləri tərəfindən qanunsuz istifadə edilən torpaq sahələrinin metal çəpərləri sökülərək əvvəlki vəziyyətinə, yəni bələdiyyə mülkiyyətinə qaytarılıb.

Qeyd edək ki, bundan əvvəl rayonun Yeni Kərki və Xok kəndlərində də monitorinqlər aparılıb.  Cari ilin I rübü ərzində aparılmış yoxlamalar nəticəsində bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin, eyni zamanda yol, kanal və arxların mühafizə zonalarının zəbt edilməsi aşkar edilib, həmin vətəndaşlarla yerli icra nümayəndələri ilə birlikdə fərdi qaydada maarifləndirici söhbətlər aparılıb, vətəndaşlara Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbləri, yəni torpaq sahələrinin özbaşına tutulması, zəbt olunmasının qadağan olunduğu izah edilib.

Beləliklə, Kəngərli rayonunun ərazisində torpaqlardan səmərəli istifadəyə dair monitorinqlər başa çatdırılıb.

Torpaqların monitorinqi ilə bağlı işlər Şahbuz rayonunun Sələsüz, Türkeş, Daylaqlı bələdiyyə ərazilərində davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: