Elmi nöqteyi-nəzərdən sübut edilib ki, daima sulu yemək qəbul edən insanların qaməti yalnız ikinci yeməyi qəbul edən insanlarla müqayisədə daha mükəmməl görünür.
“İstənilən şorba — hər şeydən öncə böyük miqdarda qiymətli maddələr deməkdir. Birinci yeməklərin hazırlanmasının spesifikası tərəvəzlərin tərkibində olan, demək olar ki, bütün qida maddələrini qoruyub saxlamağa imkan verir. “Müxtəlif istilik emalı növləri zamanı çiy məhsullarda olan vitamin və minerallar birdəfəlik itirilir. Lakin şorbalarda komponentlər yeməkdə qalır (həlimə keçirlər) və biz onları qəbul edirik”, — deyə ekspert, diyetoloq Tatyana Yevstiqneyeva bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi “MedikForum”a istinadla xəbər verir ki, diyetoloqun sözlərinə görə, tərəvəzli şorba — gözəl lif mənbəyidir, o isə bizə mədə-bağırsaq traktının normal işləməsi üçün həyati dərəcədə lazımdır. Lobya şorbası zülal və mürəkkəb karbohidratlarla zəngindir.
Ət bulyonu zülal və yağların balanslaşdırılmış qarışığıdır, yumurta şorbaları B qrupu vitaminləri və amin turşularının dəryasıdır. Çox vaxt şorbanın hazırlanması üçün istifadə olunan kartof, dənli bitkilər pəhrizi karbohidratlarla zənginləşdirir.
Birinci yeməyi su əsasında deyil, məsələn, süd və ya qaymaq əsasında bişirdikdə, şorba əlavə olaraq D vitamini mənbəyinə çevriləcəkdir.
Balıq şorbası orqanizmi təkcə zülallarla deyil, həm də fosforla təmin edəcək. Balqabaq şorbası əsl beta-karotinli kokteyldir. Bu maddə göz sağlamlığının qorunması üçün vacibdir. Pomidor şorbası likopin mənbəyidir, bu antioksidan yaşlanma prosesini yavaşlatmaq üçün zəruridir. O, həm də onkoloji xəstəliklərin yaxşı profilaktikasıdır.
Bütün üstünlüklərlə yanaşı, tərəvəzli şorbalar doyumludur və aşağı kalorilidir. Buna görə də, bu qidalanma rejimi artıq çəkidən azad olmaq istəyənlər üçün çox məsləhətdir.