Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiyadan olan ekspertlər nəqliyyat sahəsində əməkdaşlığa dair sazişin mətnini razılaşdırıblar.
NUHÇIXAN xəbər verir ki, Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Viktor Olerski bunu Türkmənbaşı şəhərində keçirilən “Böyük İpək yolu – inkişafın yeni mərhələlərinə” adlı forumda bildirib.
V.Olerskinin sözlərinə görə, 2018-ci ildə Astanada keçiriləcək Xəzər sammiti dövründə bu Sazişin imzalanma üçün təqdim edilməsi nəzərdə tutulur. Olerski xatırladıb ki, belə biz sazişin hazırlanmasını 2015-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov təklif edib. Nazir müavini deyib: “Rusiya Federasiyasının rəhbərliyi əsl vaxtında irəli sürülmüş bu təklifi tamamilə dəstəkləyib”.