Torpaq mülkiyyətçilərinə zərərvericilərə qarşı kimyəvi preparatlar verilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi Sədərək Rayon İcra Hakimiyyəti ilə birgə “Əkin sahələrində alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirlərinin aparılmasının əhəmiyyəti” mövzusunda tarla-seminar müşavirəsi keçirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sədərək kəndində keçirilən müşavirədə Rayon İcra Hakimiyyətinin əməkdaşı Natiq Əliyev sərhəd bölgəsində yaz-tarla işlərinin gedişi, torpaqlardan səmərəli istifadə yollarından, xəstəlik və ziyanvericilərə qarşı aparılan mübarizə tədbirlərində göstərilən dövlət dəstəyindən danışıb. 

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Bəhruz Qasımov və Yaşar Quliyev vurğulayıblar ki, məhsuldarlığın artırılması zərərli orqanizmlərə qarşı kompleks tədbirlərin aparılmasından çox asılıdır. Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərdən, alaq otlarından qorunması üçün aqrotexniki, fiziki-mexaniki, bioloji, kimyəvi və karantin tədbirlərinin ardıcıl məqsədyönlü  aparılması  vacibdir.

Nazirliyin Fitosanitar nəzarəti, bitkilərin mühafizəsi və karantini şöbəsinin əməkdaşları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən qeyd olunan zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirlərinin aparılması məqsədilə verilən pestisidləri Sədərək Rayon İcra Hakimiyyətinə təhvil veriblər.

Tarla-seminar müşavirəsində pestisidlərin norma və nisbətlərə uyğun istifadə edilməsi, təhlükəsizlik qaydalarına riayət olunması izah edilib və sahibkarları  maraqlandıran suallar cavablandırılıb.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: