İspaniya Futbol Liqasının "TikTok" sosial şəbəkəsi ilə əldə etdiyi razılaşmaya əsasən, ilk dəfə olaraq İspaniya çempionatının matçları "TikTok"da yayımlanacaq.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, matçlar yalnız İspaniya ərazisində əlçatan olacaq.
Sosial şəbəkədə yayımlanacaq ilk matç aprelin 15-də keçiriləcək "Real Sosyedad"-"Real Betis" oyunu olacaq.
Bu görüşdən sonra gələcəkdə də matçların "TikTok"da yayımlanması nəzərdə tutulur.