Naxçıvanda növbəti kətə festivalı keçiriləcək - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Kətə” festivalı aprelin 16-17-də “Naxçıvanqala“ Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunacaq.

Festivalda muxtar respublikanın rayonları və Naxçıvan şəhərindən 230-a yaxın kətə ustası, o cümlədən təsərrüfat subyekti iştirak edəcək. Müxtəlif kətə çeşidləri və Naxçıvan mətbəxinin yaz fəslinə aid digər nümunələrindən-şomu, çiriş, gicitkən, qazayağı, quzuqulağı, göbələk və digər müalicəvi bitkilərdən hazırlanan yeməklər bişiriləcək. Musiqi və incəsənət ustaları tədbirə əlavə rəng qatacaqlar. Festivalda "Ən dadlı kətə" nominasiyası üzrə qaliblərə diplomlar təqdim olunacaq. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: