Nizami küçəsindəki yaşayış binaları müasir görkəmə qovuşur - VİDEO
Muxtar respublikada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Hər il yeni binalar tikilir, müasir standartlara cavab verməyən mövcud binalar isə yenidənqurma və əsaslı təmir-bərpa işlərindən sonra sakinlərin istifadəsinə verilir. Hazırda şəhərin bir neçə ünvanında bu işlər davam etdirilir. Belə quruculuq ünvanlarından biri də Naxçıvan şəhərindəki Nizami küçəsidir.
Naxçıvan televiziyasının əməkdaşları aparılan quruculuq işləri ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Ərhan Novruzov