Əmək yarmarkalarında 70 nəfərə işə göndəriş verilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkaları Şərur və Babək rayonlarında keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur rayonunda təşkil olunan yarmarkaya ümumilikdə 60 müəssisədən 256 boş iş yeri təqdim edilib. Nəticədə 38 nəfər vakansiyalar üzrə işə göndəriş alıb, 23 nəfərin özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Babək rayonunda isə işaxtaranlara ümumilikdə 51 müəssisədən 232 boş iş yeri təqdim edilib. 32 nəfərə müvafiq vakansiyalar üzrə işə göndəriş verilib, 13 nəfərin özünüməşğulluq proqramına, 6 nəfərin isə peşə hazırlığı kurslarına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. Əmək yarmarkalarında digər işaxtaran vətəndaşlarla yanaşı, hərbi xidmətdən yeni tərxis olunan gənclərin də iştirakı təmin edilib.
Əmək yarmarkası sabah Naxçıvan şəhərində də təşkil olunacaq.
Adilə Səfərova