Bugünkü əmək yarmarkasında 44 nəfərə işə göndəriş verilib - FOTOLAR

A- A A+

Muxtar respublikada əmək yarmarkaları davam etdirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, növbəti əmək yarmarkası Naxçıvan şəhərində keçirilib.

İşaxtaran şəxslərin məşğulluqlarının təmin edilməsi, o cümlədən əmək bazarında rəqabətə davamlılığın artırılması və kadr potensialının yüksəldilməsi məqsədilə keçirilən yarmarkada hərbi xidmətdən yeni tərxis olunan gənclər də iştirak edib. Əmək yarmarkasında işaxtaranlara ümumilikdə 91 müəssisədən 697 boş iş yeri təqdim edilib. Nəticədə 44 nəfər müvafiq vakansiyalar üzrə işə göndəriş alıb, 20 nəfər özünüməşğulluq proqramına, 8 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilməsi üçün qeydiyyata alınıb.

Əmək yarmarkası sabah Şahbuz rayonunda davam etdiriləcəkdir.

Aygün Hüseynova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: