Cəhri qəsəbəsində avtomobil yolları genişləndirilir, kənd mərkəzi abadlaşdırılır - VİDEO

A- A A+

Bu gün muxtar respublikamızda hansı istiqamətə yol alsaq, əsaslı tikinti-quruculuq tədbirlərinə şahidlik edərik. Əhalinin rahatlığına hesablanmış bu işlər həm də diyarımızda müasir yol infrastrukturuna əsaslı töhfələr verir. Bu işlərin nəticəsində 2020-ci ildə qəsəbə statusu alan Cəhri də öz yeni hüsnünə qovuşmaqdadır. Qəsəbədə aparılan geniş quruculuq tədbirləri çərçivəsində bir neçə kəndi birləşdirən əsas yol genişləndirilir, daha təhlükəsiz və rahat hərəkət təmin edilir.

Naxçıvan televiziyasının əməkdaşları qəsəbədə aparılan işlərlə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

 

Yaqub İsayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: