Ramazan ayında peyvənd vurdurmaq orucu pozmur

A- A A+

Ramazan ayında peyvənd vurdurmağın orucu pozub-pozmadığı çoxlarını maraqlandırır.

İlahiyyatçılar qeyd edirlər ki, təbii üsulla, yəni ağız və ya burunla orqanizmə daxil olmayan heç bir vasitə orucu pozmur. Hətta krem sürtmək, iynə vurdurmaq da orucu batil etmir.

Mütəxəssislərin dediyinə görə, ağrının azalması məqsədilə iynə vurdurmaq, yaxud peyvənd edilməsi orucun pozulmasına səbəb olmur. Orucu yalnız qidanı əvəz edən iynələr poza bilər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həkim-infeksionist Əminə İsmixanova deyib: “Qan almaq və peyvənd olunmaq əks göstəriş deyil. Bəzən Ramazan ayında xəstələr sistem köçürməklə bağlı müraciət edirlər. Burada əks göstəriş yalnız ondan ibarətdir ki, qidalandırıcı vasitələrdən, məsələn, vitaminlərdən qətiyyən istifadə etmək olmaz. Əgər həmin vasitələrə ehtiyac duyularsa, ondan imsakda və iftarda istifadə etmək olar”.

Ekspertlər onu da bildirirlər ki, əllərin dezinfeksiya edilməsi də orucu pozmur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: