Ədliyyə Nazirliyi NDU-da tədbir keçirib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə  bildirilib ki, seminar nazirlik ilə ali təhsil ocağının 2022-ci tədris ili üçün birgə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilib. Fakültənin pedaqoji heyəti və hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin  iştirak etdiyi seminarda  Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı Yusif Hüseynov tədbirin mahiyyəti barədə məlumat verib, təşkil edilən seminarın tələbələrin nəzəri biliklərinin artırılmasındakı əhəmiyyətindən danışıb.

Sonra nazirlik əməkdaşlarının “Valideynlərin, uşaqların və ər-arvadın aliment öhdəlikləri”, “Aliment sazişi və ailənin başqa üzvlərinin aliment öhdəlikləri”, “Alimentin ödənilməsi və tutulması qaydası” mövzularında çıxışları dinlənilib.

Çıxışlarda uşaqların saxlanılması üçün vacib olan aliment öhdəlikləri, aliment sazişi, məhkəmə qaydasında alimentin tutulması qaydası və müvafiq icra hakimiyyəti orqanının yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması sahəsində hüquqları barədə məlumat verilib.

Vurğulanıb ki, aliment tutulması haqqında məhkəmənin qətnaməsinə və ya aliment ödənilməsi barədə notariat qaydasında təsdiq olunmuş sazişə əsasən aliment tutan müəssisənin müdiriyyəti qətnamənin icra olunduğu yerdə icra məmuruna və aliment alan şəxsə aliment verən şəxs işdən çıxdıqda onun işdən çıxması haqqında, habelə məlum olduqda onun yeni iş və yaşayış yeri haqqında 3 gün müddətində məlumat verməyə borcludur. Göstərilmiş məlumatlar üzrsüz səbəbə görə xəbər verilmədikdə, bunda təqsirli olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Sonda mövzu ətrafında diskussiyalar aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: