Naxçıvanda yeni stomatoloji kabinə fəaliyyətə başlayıb - VİDEO

A- A A+

Naxçıvan Muxtar Respublika Xəstəxanasında hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün stomatoloji kabinə fəaliyyətə başlayıb.

Stomatoloji kabinə “2022-2024-cü illərdə Azərbaycanda çoxprofilli mütəxəssislər şəbəkəsinin yaradılması” layihəsi çərçivəsində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə yaradılıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasının aidiyyəti bölməsində yerləşdirilən kabinədə qan xəstəliyindən əziyyət çəkənlərin müayinə və müalicəsi üçün dünya standartlarına cavab verən tibbi avadanlıqlar quraşdırılıb.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: