Texnologiyalar Parkının tikintisi sürətlə aparılır - VİDEO
Muxtar respublikanın təhsil müəssisələrində müasir texnologiyaların inteqrasiyası genişlənir, tədrisdə yeni innovasiyaların tətbiqi sürətlənir. Bu məqsədlə ölkənin qabaqcıl ali məktəblərindən biri olan Naxçıvan Dövlət Universitetində ötən ildən yeni Texnologiyalar Parkının tikintisinə başlanılıb. Bundan başqa, ali təhsil müəssisəsində Rektorluq binası da inşa olunur.
Naxçıvan televiziyasının əməkdaşları aparılan tikinti işləri ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Ərhan Novruzov