Şahbuzda keçirilən əmək yarmarkasına 119 boş iş yeri çıxarılıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, işaxtaranlarla yanaşı, hərbi xidmətdən yeni tərxis olunmuş gənclərin də iştirak etdiyi əmək yarmarkasına, ümumilikdə rayon ərazisində fəaliyyət göstərən 20 müəssisədən 119 boş iş yeri təqdim edilib.  Yarmarkada 17 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 11 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. Peşə hazırlığı kurslarına isə 3 nəfər qeydiyyata alınıb.

Qeyd edək ki, ümumilikdə aprel ayı ərzində muxtar respublikanın şəhər və rayonlarında keçirilən əmək yarmarkalarında işaxtaranlara 296 müəssisədən 1758 boş iş yeri təqdim edilib. Bu tədbirlərdə 215 nəfər müvafiq vakansiyalar üzrə işə göndərilib, 102 nəfərin özünüməşğulluq proqramına, 35 nəfərin isə peşə hazırlığı kurslarına qeydiyyatı aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: