Atçılıq və İstirahət Mərkəzində uşaqlar üçün əyləncə gecəsi təşkil olunacaq - FOTOLAR
Məktəblilərin 3 ay davam edən yay tətilinin sona çatması və Bilik Günü münasibətilə Naxçıvan Atçılıq və İstirahət Mərkəzində uşaqların əyləncəsi üçün müxtəlif tədbirlər həyata keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, sentyabrın 15-də saat 19-30 da Badaşqan kəndindəki istirahət mərkəzində başlanacaq əyləncəli proqramda şən klounlar da iştirak edəcəklər. Əyləncəli və maraqlı repertuar əsasında təşkil edilən şənlikdə uşaqlar arasında yarışlar da keçiriləcək. Bir sözlə, hər kəs bu tədbirin fəal iştirakçısına çevriləcək. Sonda isə yarışın nəticələrinə görə fəallıq göstərən uşaqları hədiyyələr gözləyir. Onlar təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar.
Bu ilki yay tətilinin son günü və Bilik Gününü yadda qalan etmək istəyən hər kəs tədbirə qatıla bilər.