Naxçıvanda yol quruculuğunun miqyası genişlənib - VİDEO

A- A A+

Hazırda muxtar respublikada yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi məqsədilə dövlət büdcəsi hesabına irimiqyaslı layihələr icra olunur. Belə irimiqyaslı layihələrə ötən ildən tikintisi aparılan Ordubad rayonunun Vənənd-Pəzməri, Şərur rayonunun Xanlıqlar, Aşağı Daşarx-Yuxarı Daşarx avtomobil yollarını və digər yolları misal göstərmək olar. Bundan başqa, Naxçıvan şəhərində və rayonlarımızda yol quruculuğu istiqamətində bərpa məqsədilə də işlər aparılır, mövcud yollar istifadəyə yararlı vəziyyətə gətirilir.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

  

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: