Naxçıvanda gənclər hərbi xidmətə yola salınıblar - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində və xidmətin Kəngərli və Şahbuz rayon şöbələrində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində keçirilən mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Mirzə Cəlilov, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Mirməcid Seyidov, təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək çağırışçı gənclərə hərbi xidmətlərində uğurlar arzulayıb, onlara tövsiyələrini verib, hərbi xidmət zamanı nizam-intizama ciddi əməl olunmasının, verilən əmr və tapşırıqların vaxtında yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Vurğulanıb ki, Ali Baş Komandanın rəhbərliyi altında güclü ordumuz mənfur düşmən üzərində böyük zəfər qazandı, 30 ilə yaxın müddətdə işğalda olan torpaqlarımızı azad edərək xalqımıza qələbə sevinci yaşatdı. Bu gün ordu sıralarına daxil olan və əsgər adını qazanan hər bir gənc bu böyük zəfərin sevincini yaşayır.

Çağırışçılar adından çıxış edən Ariz Cabbarov Vətənə layiqincə xidmət etməyin onlar üçün ən ali borc olduğunu bildirib, bu borcu şərəflə yerinə yetirəcəklərinə söz verib.

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şahbuz və Kəngərli rayon şöbələrində də çağırışçıların hərbi xidmətə yola salınması mərasimləri keçirilib.

Mərasimlərdə çıxış edənlər Vətəni qorumaq kimi müqəddəs bir vəzifəni icra edəcək gəncləri təbrik edib, onlara xidməti vəzifələrində uğurlar arzuayıblar. 

Çağırışçılar adından çıxış edənlər vətənə şərəflə xidmət edəcəklərini, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirəcəklərini bildiriblər.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: