Ftor diş çürüklərinin qarşısını almaqda böyük əhəmiyyətə malikdir.
Diş çürüməsinə səbəb olan üç bakteriyanın yaranma səbəbi qidadakı karbohidratdır. Karbohidratların normadan artıq olması səbəbindən bakteriyalar artır və turşu ifraz edir. Bu turşu, dişin ən xarici təbəqəsi olan minada hidroksiapatit adlanan kristallaşmış quruluşu pozur və dişin qalxanı olan minanı məhv edir.
Çürümə halının baş verməməsi üçün karbohidrat olan qidanın, diş səthində uzun müddət qalmasının qarşısını almaq lazımdır.
Beləliklə, bakteriyalar çoxalmaq üçün karbohidrat tapa bilmirlər. Diş səthinə asanlıqla yapışan şəkər, şokolad və s. qidalar diş çürüməsinin meydana gəlməsini sürətləndirir.
NUHÇIXAN İnformasiya Agentliyi tibbi saytlara istinadla bildirir ki, diş çürüklərinin qarşısını almağın ən yaxşı yolu sağlam qidalanma və düzgün ağız gigiyenasıdır. Yeməkdən sonra dişləri fırçalamaq və qəlyanaltı zamanı yapışqan qidalardan imtina etmək çürüklərin qarşını alır.
Diş məcunu və tərkibindəki ftor sehrli bir maddə deyil. Dişlər yapışqan qidalara uzun müddət məruz qalsa, ftor çürümənin qarşısını almaq üçün kifayət etməyəcək.
Tədqiqatlar sübut edir ki, ftor çürümənin qarşısını almaqda böyük əhəmiyyətə malikdir. Lakin xüsusən də uşaqlara verdiyimiz ftor tərkibli həblər bəzən toksikləşməyə səbəb ola bilər. Bu o deməkdir ki, artıq dərəcədə qəbul edilən ftor zəhərlənməyə səbəb olur. Həb formasında qəbul olunan ftorun gündəlik miqdarı müəyyənləşdirilməlidir. Lakin diş məcunları diş səthinə çəkilir, udulmur və ona görə də təhlükəsizdir.
Elmi araşdırmalar diş məcunundakı ftorun çürümənin qarşısını əhəmiyyətli dərəcədə azaltdığını sübut edir.