Beynəlxalq Yer Günündə təmizlik aksiyası keçirilib - FOTOLAR
12Hər il aprelin 22-si dünyanın 150-yə yaxın ölkəsində Beynəlxalq Yer Günü kimi qeyd olunur. Əsas mahiyyəti bəşəriyyətin diqqətini qlobal ekoloji problemlərə cəlb etməkdən ibarət olan bu gün Naxçıvanda da gənc könüllülər tərəfindən təmizlik aksiyası keçirilərək qeyd edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təmizlik aksiyası Heydər Əliyev Su Anbarının ətrafında keçirilib. Təşkilatçılar əvvəlcə günün mahiyyəti və keçirilən aksiyaların muxtar respublika ekologiyasına təsirindən bəhs ediblər.
“Gənclər ətraf mühitin çirklənməsinə yox deyir!” devizi ilə keçirilən aksiyanın iştirakçıları ətraf ərazini, su hövzəsini məişət tullantılardan təmizləyib, ətrafda səliqə-sahman yaradıblar.
Aksiyada ali və orta ixtisas təhsil müəssisələrindən ümumilikdə 50 tələbə-gənc iştirak edib.
Təmizlik aksiyası Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Leyla Cəfərzadə