Naxçıvanda gənclərin ordu sıralarına yola salınması davam edir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Şərur, Ordubad və Culfa rayonlarında çağırışçı gənclərin ordu sıralarına yola salınması mərasimləri keçirilib.                            

Gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimləri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimlərdə çıxış edənlər hərbi xidmətə yollanmaları münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.

Bildirilib ki, Vətən müharibəsində ordumuzun göstərdiyi şücaət, şəhid və qazilərimizin qəhrəmanlığı hər bir gənc üçün örnəkdir. Qəhrəmanlarımızın şərəfli döyüş yolu ilə qürurlanan gənclərimiz böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola düşür və vətənimizi qorumaq kimi müqəddəs borcu şərəflə yerinə yetirirlər.

Qeyd olunub ki, intizamlı Vətən müdafiəçisi olmaq üçün hər bir əsgər üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, hərbi sirlərə dərindən yiyələnməli, fiziki və mənəvi psixoloji cəhətdən daim Vətənin müdafiəsinə hazır olmalıdır. Əminik ki, bu gün də ordu sıralarına yola düşən gənclər bu vəzifənin öhdəsindən layiqincə gələcəklər.

Çağırışçılar adından çıxış edənlər vətənə şərəflə xidmət edəcəklərini, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirəcəklərini bildiriblər.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: