MDB-də radiolokasiya meteoməlumatlarının Vahid informasiya məkanının yaradılması planlaşdırılır

A- A A+

Radiolokasiya meteoməlumatlarının Vahid informasiya məkanının (REANET) yaradılması üzrə layihənin realizə edilməsi məsələləri üzrə işçi müşavirə Moskvada MDB-nin İcraiyyə Komitəsinin departamentində videokonfrans rejimində keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, müşavirədə REANET layihə tərtibatçısının nümayəndəsi – “Almaz” Elmi-İstehsalat Birliyi” İctimai Səhmdar Cəmiyyətinin xarici iqtisadi fəaliyyət üzrə direktoru A.İ. Ponomarenko MDB-nin iştirakçısı olan dövlətlər üçün radiolokasiya meteoməlumatlarının Vahid informasiya məkanının mümkün inkişaf perspektivlərini qeyd edib.

Tərtibatçı tərəfindən, həmçinin radiolokasiya meteoməlumatlarının Vahid informasiya məkanının yaradılması məsələləri üzrə işçi qrupunu formalaşdırmaq təklif edilib.

REANET layihəsi operativ şəkildə təhlükəli meteoroloji halların qarşısının alınması və potensial zərərin minimallaşdırılması üçün təhlükəli meteoroloji hallar barədə erkən xəbərdarlıq məqsədilə real zaman rejimində vahid hava şəraitinin fasiləsiz monitorinq sisteminin formalaşdırılmasına yönəldilib. Layihənin realizə edilməsi, həmçinin təyyarə ekipajlarına eniş edəcəkləri hava limanları yaxınlığındakı vəziyyət haqqında meteoroloji məlumatları təqdim etməyə və ən yaxşı uçuş marşrutunu seçməyə imkan verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: