Muxtar respublikada avqust ayında 483 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq  Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması istiqamətində qarşıda duran vəzifələrin icrası 2018-ci ilin avqust ayı ərzində də diqqət mərkəzində saxlanılıb, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və elektron kadastr məlumat bazasının təkmilləşdirilməsi sahəsində işlər davam etdirilib.

Şərur rayonunun Axura, Həmzəli, Dizə və Muğancıq-Müslüm kəndlərində planaalma işləri başa çatdırılıb, ümumilikdə, 1817 daşınmaz əmlak obyekti plana alınıb. Şərur rayonunun Püsyan, Yeni Havuş, Tənənəm və Axura bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanıb və torpaqların növləri üzrə uçotu aparılıb. Həmçinin Sədərək rayonunun Sədərək bələdiyyəsinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron kadastr xəritəsi hazırlanıb. Avqust ayında muxtar respublika üzrə 483 daşınmaz əmlak obyekti qeydiyyata alınıb. Bu dövrdə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranmış 54 daşınmaz əmlak obyektinə ünvan verilib, 74 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb, 109 əmlakın bazar dəyəri məlumat bankına daxil edilib. Bu dövrdə 8 yaşayış məntəqəsində 43 vətəndaşa səyyar xidmət göstərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: