X respublika olimpiadasının zona turunun qalibləri mükafatlandırılıb - FOTOLAR

A- A A+

Bu ilin may ayının 4-də Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə VII-VIII sinif şagirdləri arasında rus dili və ədəbiyyatı fənni üzrə X respublika olimpiadasının zona turu keçirilib. Bu gün isə olimpiada qaliblərinin mükafatlandırılma mərasimi olub. NUHÇIXAN-ın məlumatına görə mərasimdə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Denisov və səfirliyin əməkdaşları iştirak ediblər. Qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsinin önünə  gül dəstələri qoyub və muzeylə tanış olublar.  Səfirliyin nümayəndələri sonra Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə Bilik günü münasibətilə keçirilən tədbirdə iştirak ediblər. Qonaqlar muxtar respublikada təhsil sahəsində görülən işlərdən danışıb, şagirdləri təbrik edib, dərslərində uğurlar arzulayıblar.

  Sonra VII-VIII sinif şagirdləri arasında rus dili və ədəbiyyatı fənni üzrə keçirilən X respublika olimpiadasının qaliblərinin mükafatlandırma mərasimi olub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Abdulla Əsgərov bildirib ki, olimpiadanın keçirilməsində məqsəd şagirdlərin yaradıcılıq potensialının üzə çıxarılması, biliklərinin daha da təkmilləşdirilməsidir.

Rusiyanın ölkəmizdəki səfirliyinin müşaviri Valentin Denisov Azərbaycan məktəblərində rus dilinin tədris olunmasını iki ölkə arasında dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirib. Qeyd olunub ki, bu cür olimpiadaların keçirilməsində əsas məqsəd rus dilini dəstəkləməkdir. Belə tədbirlərin Rusiya və Azərbaycan dövlətlərinin qarşılıqlı əlaqələrinin inkişafında böyük əhəmiyyət kəsb etdiyi də diqqətə çatdırılıb. Valentin Denisov olimpiadanın keçirilməsində göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Sonra rus dili və ədəbiyyatı fənni üzrə X respublika olimpiadasının 7 qalibi-3 nömrəli tam orta məktəbin şagirdləri  Tağı Bağırov, Rübabə Bayramova, Zəhra İsmayılova, Adil Seyidov, Heydər Əliyev adına Hərbi Liseyin şagirdi  Cəmşid İsmayılov, 14 nömrəli tam orta məktəbin şagirdi Yusif Məmmədəliyev, Heydər Əliyev adına tam orta məktəbin şagirdi Nərmin Abbasova mükafatlandırılıb, müəllimlərə diplomlar təqdim edilib.

                                                                               Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: