Beş və daha çox uşağı olan anaların pensiya yaşının azaldılması müzakirə olunur

A- A A+

“Əmək pensiyaları haqqında” qanuna yeni dəyişikliklərə əsasən, beş və daha çox uşaq doğub, övladlığa və ya qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məsələ Milli Məclisin mayın 5-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib. Deputatlar “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsinə ikinci oxunuşda münasibət bildirəcəklər.

Dəyişikliklərə görə, ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: