Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunması müzakirə olunur

A- A A+

Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi ilə bağlı “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklərə əsasən hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin aprelin 5-də keçirilən iclasının gündəliyinə daxil edilib. Deputatlar məsələyə ikinci oxunuşda münasibət bildirəcəklər.

Dəyişikliyə əsasən, aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir:

9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər;

9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər;

9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər;

9.6.4. ali zabit heyətinə aid şəxslər.

9.7. Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Qanun layihəsi Azərbaycan Respublikasının 2021-ci il 24 dekabr tarixli 446-VIQD nömrəli Qanunun icrasına əsasən hazırlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: