Naxçıvanda “İslam filmləri həftəsi” keçiriləcək

A- A A+

Naxçıvanın İslam Mədəniyyəti Paytaxtı elan olunması ilə bağlı tədbirlər davam edir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu münasibətlə Naxçıvan şəhərində “İslam filmləri həftəsi” keçiriləcək. Açılış mərasimi sentyabrın 24-də olacaq həftənin filmləri sentyabrın 30-dək “Gənclik” Mərkəzində təqdim ediləcək. Tədbirin ilk günü tamaşaçılar Elçin Musaoğlunun rejissorluğu ilə çəkilən Azərbaycan filmi “Nabat”a baxacaqlar. Sentyabrın 25-də və 27-də  İran filmləri “Mən məktəbə getmək istəyirəm” (rejissor Hana Maxmalbaf), “Yağış”,  26-da Özbəkistan və Tacikistan kinematoqrafçılarının birgə istehsal etdiyi “Dahinin gəncliyi” (rejissor Elyar İşmühəmmədov), 28-də Türkiyə istehsalı olan “Ulak” filmi (rejissor Çağan İrmak) nümayiş ediləcək.  Sentyabrın 29-da kinosevərlər  Azərbaycanda istehsal edilən “Niyyət” (rejissor Samir Kərimoğlu) və “İslam filmləri həftəsi”nin son günü türk rejissoru Kürşat Kızbaşın “Eşqin rəqsi” sənədli filminə baxacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: